Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göytəpə şəhərində Uşaqların Beynəlxalq Müdafiəsi Günü onlayn konsert proqramı ilə qeyd olunub.

01.06.2021


İyunun 1-də Cəlilabad rayon Göytəpə Şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqlar gələcəyimizdir" adlı onlayn konsert proqramı təşkil edilib.
Tədbir məktəbin şagirdlərindən ibarət xor kollektivinin maraqlı musiqi ifaları ilə başlayıb. Sonra məktəbin digər istedadlı şagirdləri konsert ərzində bir sıra zövqlü musiqilər səsləndiriblər.
Tədbir məktəbin direktoru Vüqar Şahbazov, Elnur Atakişiyev və digər mədəniyyət işçilərinin birgə əməyi ilə ərsəyə gətirilib.
Musiqi tədbiri sosial şəbəkələr vasitəsilə izləyicilərə canlı təqdim edilib.