Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İdarə rəhbərliyi yerlərdə monitorinqləri davam etdirir.

01.06.2021


Masallı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən kənd mədəniyyət müəssisələrində monitorinqlərin aparılması davam edir.
İdarə rəisi Bəxtiyar Qılıncovun bilavasitə rəhbərliyi altında aparılan monitorinqlərdə əsas hədəf müəssisə binalarının texniki vəziyyəti, xidməti kabinet və tədbir zallarının şəraiti, inventarla təminat, müvafiq mədəniyyət sahələri üzrə fəaliyyətlərin hazırkı vəziyyəti və digər məsələlərlə yerində tanış olmaq, problemləri müəyyən etmək və aidiyyəti üzrə tədbirlərin həyata keçirilməsini təşkil etməkdən ibarətdir.
Göstərilən məqsədlərlə əlaqədar, mayın 31-i və iyunun 1-də müvafiq olaraq Masallı və Cəlilabad rayonlarındakı bir sıra kənd müəssisələrinə baxış keçirilib. Monitorinqlər zamanı müəssisə binaları, iş otaqları, inventar, o cümlədən texniki avadanlıqlar nəzərdən keçirilib, aşkar edilmiş problemlər, həmçinin çatışmazlıq və nöqsanların aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verilib.
İdarə rəisi paralel olaraq müəssisə rəhbərləri və işçi kollektivləri ilə görüşlər keçirib, müəssisələrin sahə üzrə fəaliyyəti, tədbirlərin təşkili və digər vacib məsələlərlə maraqlanıb.