Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Xalq teatrının səhnə kollektivi ”N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.

01.06.2021


İyun ayının 1-də Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət gösrən Xalq teatrı Göytəpə şəhəri ərazisindəki "N" saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar təşkil edilmiş konsertdə hərbçilərin ailələri və azyaşlı övladları iştirak edib.
Konsert ərzində uşaqlar üçün şən musiqilər ifa olunub, şeir kompozisiyaları səsləndirilib. Kloun və aktyorlar isə yumoristik məzhəkə və maraqlı viktorinalarla balacaları əyləndiriblər. Sonra tədbir yerli mədəniyyət işçilərinin musiqi proqramı ilə davam edib.
 

 

78.6 KB

 

128.4 KB