Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mərkəzi Kitabxanada görkəmli yazıçı Əzizə Cəfərzadəyə həsr olunmuş tədbir.

04.06.2021


İyunun 4-də Masallı Rayon Mərkəzi Kitabxanasında görkəmli yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadənin anadan olmasının 100 illiyi ilə əlaqədar “Aləmdə səsim var mənim” adlı tədbir keçirilib. Tədbirdə ilk çıxış edən kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, Əzizə Cəfərzadənin bədii yaradıcılığı Azərbaycan tarixi nəsrində özünəməxsus yer tutur.
Sonra kitabxananın əməkdaşı Lətafət Əlirzayeva görkəmli ədibin zəngin və məhsuldar yaradıcılığının məhsulu olan “Aləmdə səsim var mənim”, “Natəvan haqqında hekayələr”, “Bakı - 1501”, ”Sabir” və digər kamil əsərləri haqqında tədbir iştirakçılarına məlumat verib.
 

 

46.5 KB

 

63 KB