Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Qurtuluşdan zəfərə; fidanların dili ilə” mövzusunda tədbir.

08.06.2021


8 iyun tarixində R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində rayonun Dəmirçi kənd tam orta məktəbinin müəllim və aşağı sinif şagirdlərinin iştirakı ilə “Qurtuluşdan zəfərə; fidanların dili ilə” başlığı altında tədbir keçirilib.
İlk olaraq, Ulu öndər Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Əntiqə Tağıyeva 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti və Ulu öndər Heydər Əliyevin ölkəmizə bəxş etdiyi töhfələr, eyni zamanda müasir Azərbaycan dövlətinin möhkəm təməllər üzərində qurulmasında böyük tarixi rolu olan dahi siyasi lider, böyük şəxsiyyət Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edib. Bununla bərabər, Vətən müharibəsində qazandığımız şanlı Zəfərin ölkə başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olduğu məktəblilərə izah olunub.
Sonra tədbirdə balacaların ifasında “Qurtuluşdan zəfərə” adlı şeir kompozisiyası səsləndirilib. Tədbirin sonunda şagirdlər Muzeyin ekspozisiya zalında sərgilənən şəhid əşyalarına və Ulu öndər Heydər Əliyevlə bağlı təşkil edilmiş sərgiyə baxış keçiriblər.
 

 

51.9 KB

 

52.3 KB

 

51.7 KB