Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Narkomaniya bəşəri bəladır” adlı tədbir keçirilib.

08.06.2021


8 iyun tarixində Yardımlı Rayon Heydər Əliyev Mərkəzində rayon Təhsil Şöbəsi ilə birgə təşkil olunmuş “Narkomaniya bəşəri bəladır” mövzusunda tədbir keçirilib.
İlk öncə, Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor vəzifəsini icra edən Aqil Ağayev adıçəkilən problemin yaratdığı ictimai fəsadlardan bəhs edib.
Tədbirdə iştirak edən Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev mövzu üzrə geniş məruzə ilə çıxış edib. Məruzədə qlobal miqyas almış bəlanın yaratdığı fərdi və ictimai problemlər haqda danışıb, eyni zamanda bəlanın qarşısının alınması məqsədilə məktəblərdə, ictimai yerlərdə, gənclər arasında maarifləndirici söhbətlərin aparılmasının vacibliyi xüsusi qeyd edilib.
Daha sonra tədbirdə rayon Təhsil Şöbəsinin metodisti Daməd Nəzərov, orta məktəb psixoloqları Rza Nəciyev, Qadir İbişli, rayon Polis Şöbəsinin inspektoru Tural Quliyev mövzu ətrafında çıxışlar ediblər.
Sonda Mərkəzin 3D kinozalında “Bəla” filmi nümayiş etdirilib.
 

 

34.2 KB

 

29.5 KB

 

31.7 KB