Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yardımlıda narkomaniya mövzusuna həsr olunmuş növbəti tədbir keçirilib.

10.06.2021


10 iyun tarixində Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Zeynəb Məmmədzadə rayonun Urakəran kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” adlı məruzə ilə çıxış edib.
Məruzədə “ağ ölüm” adlanan bəlanın səbəb olduğu ictimai fəsadlar, xəstəliklər, eləcə də cəmiyyətdə yarada biləcəyi mənəvi-psixoloji travmalar barədə söhbət açılıb. Z.Məmmədzadə eyni zamanda sözügedən ictimai problemin qarşısının alınması məqsədilə dövlət tərəfindən qəbul edilmiş proqramlar, normativ aktlar, habelə beynəlxalq konvensiyalar üzrə görülmüş müvafiq tədbirlər haqqında da məktəblilərə məlumat verib.
Tədbirin sonunda məktəblilərə sağlam, təhlükəsiz həyat arzulanıb.
 

 

49 KB

 

59 KB