Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

15 İyun Milli Qurtuluş Günüdür.

11.06.2021


İyun ayının 11-də Milli Qurtuluş Günü ilə əlaqədar Yardimli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı, rayonun Köryədi kənd tam orta məktəbi şagirdlərinin iştirakı ilə tədbir keçirilib.
Tədbir Ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Muzeyin baş fond mühafizi İlqar Həsənov tədbirdə iştirak edən şagird heyətinə Milli Qurtuluş gününün tarixi və Azərbaycan Respublikasının müasir tarixində yeri, eyni zamanda Ümummilli liderin xalqı qarşısındakı müstəsna tarixi xidmətləri barədə məlumat verərək bildirib: "Bu gün xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri, Milli Qurtuluş Günüdür. 1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir".
Daha sonra şagirdlər Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeir kompozisiyaları səsləndiriblər. Sonda məktəblilər muzeyin ekspozisiya zalında Ulu öndərlə bağlı guşəyə və digər bölmələrə baxış keçiriblər.
 

 

69.4 KB

 

77.5 KB