Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Rayon Mərkəzi Kitabxanasında əsgərlə görüş keçirilib.

11.06.2021


İyunun 11-də Masallı Rayon Mərkəzi Kitabxanasının daimi oxucusu, hazırda həqiqi hərbi xidmətdə olan Anar Müşfiq oğlu Piriyevlə kitabxanada görüş keçirilib. Görüş zamanı A. Piriyev xidmətlə bağlı təəssüratlarını kitabxana əməkdaşları ilə bölüşərək hərbi qulluğun şərəfli iş, vətənə sədaqət, vətəndaşlıq borcu olduğunu deyib. Sərhəd qoşunlarında xidmət edən A. Piriyev, Vətənin keşiyində ayıq-sayıq dayandığını, onu göz bəbəyi kimi qorumağa daim hazır olduğunu bildirib. O, həmçinin Hərbi xidmətin böyük bir həyat, dostluq və qəhrəmanlıq məktəbi olduğunu qeyd edib.
Görüşün sonunda A. Piriyevlə xatirə fotoları çəkdirilib.
 

 

59.7 KB

 

62.9 KB

 

64.6 KB