Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonunda konsert tədbirləri davam edir.

13.06.2021


İyunun 13-də Cəlilabad Rayon Mədəniyyət Mərkəzi tabeliyində olan şəhər 2 saylı klubun sənət kollektivi 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü ilə əlaqədar "Qurtuluş yolu" adlı onlayn konsert proqramı ilə virtual izləyicilər önündə çıxış ediblər.
Aparıcı Qorxmaz Əliyev tarixi gün münasibətilə xalqımızı təbrik edəndən sonra musiqi ifalarına start verilib. Müəssisənin əməkdaşı Orxan Hüseynli və sənət yoldaşları izləyicilərə bir-birindən maraqlı və zövqlü musiqi nömrələri təqdim ediblər. Müğənniləri rayon Mədəniyyət Mərkəzinin instrumental musiqi ifaçılarından ibarət ansambl müşayiət edib.
Tədbirin təşkilatçıları şəhər 2 saylı klubun müdiri Qorxmaz Əliyev, Elnur Atakişiyev və Ramil İbrahimov, musiqi tərtibatçısı isə Orxan Hüseynlidir.
Konsert proqramı sosial şəbəkələr vasitəsilə canlı nümayiş olunub.