Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonunda konsert tədbirləri davam edir.

14.06.2021


İyunun 14-də Cəlilabad Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi virtual izləyicilərə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Milli qurtuluşun zəfər yürüşü" adlı onlayn konsert təqdim edib.
Tədbirin aparıcısı, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor vəzifəsini icra edən Qənimət İsrafilova izləyiciləri salamlayıb və tarixi gün münasibətilə xalqımızı təbrik edib. Sonra şəhər 2 saylı tam orta məktəbinin şagirdləri - Rüqəyya Süleymanova, Aydan Cavadova, Bənövşə Hüseynli, Selcan Cahanova, Mehdi Qasımov əlamətdar günə həsr edilmiş, həmçinin Ulu öndər Heydər Əliyevə ithaf olunmuş şeir kompozisiyaları səsləndiriblər. Daha sonra şəhər Uşaq İncəsənət Məktəbinin müəllimlərinin müşayiəti ilə adıçəkilən təhsil müəssisəsinin yetirməsi olan Mirqardaş Bəhrəmovun musiqi ifaları izləyicilərə bayram ab-havası bəxş edib.
Onlayn tədbirin təşkilatçısı Qənimət İsrafilova və Xuraman Dadaşovadır.
Konsert proqramı sosial şəbəkələr vasitəsilə canlı nümayiş olunub.