Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mərkəzi Kitabxanada incəsənət xadimi ilə görüş.

14.06.2021


İyunun 14-də Masallı Rayon Mərkəzi Kitabxanasında respublikanın tanınmış gitara ustası, Əməkdar artist Nizami Mirzəyevlə görüş keçirilib.
Kitabxananın direktoru Əlhəddin Nəzərov görkəmli sənətkarı kitabxana əməkdaşlarına təqdim edib, onun sənətdə qazandığı böyük uğurlardan danışıb. Xalq artisti Zeynəb Xanlarovanın ansamblında uzun illər çalışmış ustad sənətkar respublikanın hüdudlarından kənarda iştirakçısı olduğu müxtəlif mədəniyyət tədbirləri ilə bağlı təəssüratlarını, həmçinin sənət karyerası ərzində bir sıra yaddaqalan hadisələr barədə xatirələrini kitabxana əməkdaşları ilə bölüşüb. Rayonun ilk "Əməkdar artist" fəxri adına layiq görülmüş sənət adamı kitabxana ilə yaxından tanış olaraq, burada oxucular üçün yaradılan şəraitdən razı qaldığını bilidirib. O, görüşün sonunda kitabxana əməkdaşları ilə xatirə fotoları çəkdirib.