Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində məktəblilər üçün tarix dərsi.

14.06.2021


14 iyun tarixində Masallı şəhər 4 saylı tam orta məktəbinin 5-ci sinif şagirdlərinin iştirakı ilə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı “Şanlı tarix” mövzusunda tarix dərsi keçirilib.
Əvvəlcə, Vətən uğrunda canından keçmiş şəhidlərimizin və Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tarix dərsində Muzeyin direktoru Əntiqə Tağıyeva şagirdlərə Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışı ilə bağlı məlumatlar verib. O, Heydər Əliyevin möhkəm iradə sahibi olduğunu qeyd edib, eyni zamanda Ulu öndərin uzaqgörənliyi, fədakarlığı, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında və möhkəmlənməsindəki rolu barədə tarixi həqiqətləri şagirdlərin nəzərinə çatdırıb. Bununla yanaşı, Ulu öndər Heydər Əliyevin tariximizdə böyük xilaskar kimi xatırlandığı bildirilib.
Dərsin sonunda məktəblilərin sualları cavablandırılıb və Ümummilli lider Heydər Əliyevlə bağlı təşkil edilmiş sərgiyə baxış keçirilib.