Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycan xalqının xilaskarı” mövzusunda tədbir.

14.06.2021


İyun ayının 14-də karantin qaydaları gözlənilməklə Masallı Rayon Heydər Heydər Əliyev Mərkəzi, Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar “Azərbaycan xalqının xilaskarı” mövzusunda tədbir keçirilib.
İlk öncə, şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin ruhu bir dəqiqəlik ehtiramla yad olunub. Sonra rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva qonaqları salamlayaraq qeyd edib ki, 1997-ci ilin 15 iyun tarixindən bayram edilən, 1998-ci ildən isə dövlət bayramı statusu alaraq hər il rəsmi şəkildə qeyd edilən 15 iyun tarixi xalqımızın Milli Qurtuluş günüdür. Çıxışının davamında D. İbayeva bildirib ki, bu şanlı tarix səhifəsini yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan - Heydər Əliyevdir. Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbirdə rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, GİKM-in Masallı nümayəndəliyinin direktoru Vafiq Xəlilov və Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə Ulu öndərin müxtəlif sahələrdə Azərbaycan xalqına və dövlətinə verdiyi töhfələrdən söz açıblar.
Tədbirin sonunda rayon Heydər Əliyev Mərkəzinin direktoru D. İbayeva və digər natiqlər xalqımızı Milli Qurtuluş Günü münasibətilə təbrik edib, dövlətimizə əbədi və sarsılmaz müstəqillik arzulayıblar.