Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda əlamətdar günlə əlaqədar növbəti konsert proqramı.

14.06.2021


İyunun 14-də Milli Qurtuluş Günü münasibətilə Masallı Şəhər Onbirillik İncəsənət Məktəbində pedaqoji kollektivin onlayn konserti keçirilib. Proqram boyunca müəssisənin müəllimləri xüsusi hazırlanmış repertuar üzrə bir sıra zövqlü instrumental və solo musiqi ifaları səsləndiriblər.
Tarzən Məhbub Məmmədovun rəhbərlik etdiyi instrumental ansamblın ifalarından sonra müəssisənin digər müəllim əməkdaşları səhnəyə dəvət edilib. Belə ki, Aysel Nərimanova, Şamo İbayev və Mahmud Abbasov ruhoxşayan solo ifalarla virtual izləyici auditoriyası qarşısında çıxış ediblər.
Musiqi tədbiri onlayn media vasitəsilə canlı yayımlanıb.