Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qızılağac kəndindəki tarixi abidə ərazisində təmizlik aksiyası keçirilib.

15.06.2021


İyun ayının 15-də Masallı rayonunun Qızılağac kəndində yerləşən XIX əsrə aid tarixi hamamın yerləşdiyi ərazidə təmizlik aksiyası təşkil edilib.
Aksiyada Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, İdarə əməkdaşları, tabe müəssisə rəhbərləri, gənc mədəniyyət könüllüləri və digərləri iştirak ediblər. Aksiya ərzində mədəniyyət işçiləri tarixi binanın daxilini və ətraf əraziləri tullantılardan və alaq otlarından təmizləyiblər.
XIX əsrdə inşa olunmuş tarixi hamamın memarlıq-texniki həlli, interyerin özünəməxsus quruluşu baxımından diqqəti cəlb edir. Hamam ötən əsrin ikinci yarısınadək yerli sakinlərə xidmət göstərib.
Məlumat üçün bildirək ki, sözügedən tədbir son aylar ərzində mədəniyyət işçiləri tərəfindən tarixi tikili ərazisində təşkil edilmiş sayca ikinci təmizlik aksiyasıdır. Daha əvvəl şəhərin mərkəzindəki tarixi hamam ərazisində analoji təmizlik işləri görülüb.
Mədəniyyət işçiləri daha sonra kənd qəbiristanlığındakı şəhid məzarlarını ziyarət ediblər.