Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalım məmin”

22.02.2018

Xocalı soyqırımının 26–cı ildönümü ilə bağlı Masallı rayon Mədəniyyət Mərkəzində silsilə tədbirlər keçirilir. Fevralın 22-də gənc rejissor Cavid Quliyevin hazırladığı “Xocalım mənim” adlı ədəbi-bədii kompozisiyası göstərildi. Tədbirin əvvəlində Xocalı soyqırımında şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tamaşada rolları Masallı Xalq Teatrının aktyorları- Aybəniz Həsənova, Ziyafət Hüseynov, Qardaşəli Bədəlov və başqaları canlandırdı. Masallı Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmayılov gənc istedadların belə yaradıcılığını yüksək qiymətləndirdi. Sonda tamaşaçılar aktyorlarla xatirə şəkilləri çəkdirdilər.