Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhid şəhər-Xocalı”

23.02.2018

Xocalı soyqırımının 26–cı ildönümü ilə bağlı Masallı rayon Mədəniyyət Mərkəzində silsilə tədbirlər keçirilməkdə davam edir. Fevralın 23-də keçirilən növbəti tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Masallı Dövlət Regional Kollecin müəllimi Kəmalə İmanova vaciə haqqında məruzə etdi. Masallı Xalq Teatrının aktyorları ilə Masallı Dövlət Regional Kollecinin tələbələrinin, teatrın baş rejissoru Cəmaləddin Əliyevin quruluşunda hazırladığı  “Şəhid şəhər-Xocalı” adlı ədəbi-bədii kompozisiyası göstərildi. Tamaşada erməni quldurlarının və 366-cı motoatıcı alayının Xocalıda törətdiyi soyqırımdan bəhs edilirdi. Əsərin qəhrəmanı Sənəm ananın dili ilə desək, dədə-baba yurdunda ağalıq edən ermənilərin vəhşiliyi geniş təsvir olunmuşdur. Rolları məharətlə oynayan Masallı Xalq Teatrının aktyorları-Aybəniz Həsənova, Humay Əliyeva, Ulduz Dadaşova və başqaları canlandırdığı obrazları tamaşada düşmənə qarşı nifrət oyadırdı. Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik fondu”nun lektoru Şəhla İbişova tədbirdə çıxış edərək fondun hədiyyəsini təqdim etdi və kompozisiya haqqında öz yüksək fikirlərini bildirərək kollektivə dərin təşəkkürünü çatdırdı.