Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yardımlı rayonunda “Bizim çempion” adlı tədbir keçirilib.

09.07.2021


İyulun 9-da Yardımlı Rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Bizim çempion” adlı tədbir keçirilib. Tədbirdə Mərkəzin əməkdaşları Zeynəb Məmmədzadə və Tural Kərimov GİKM-in direktoru vəzifəsini icra edən Səfail İbişli, gənc könüllülər, taekvando idman növü üzrə beynəlxalq dərəcəli hakim və məşqçi Ramal Əsgərov iştirak ediblər.
Tədbirdə çıxış edən R. Əsgərov son illərdə ölkədə idman sahəsinin inkişafı və bu sahədə əldə olunan uğurlardan geniş bəhs edib. O, həmçinin məşğul olduğu idman növü üzrə qazandığı şəxsi uğurlardan da söhbət açıb. Daha sonra Mərkəzin əməkdaşları və gənc könüllülər mövzu ətrafında fikirlərini ifadə ediblər.
Sonda R. Əsgərov tədbir iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıb.
 

 

50 KB

 

41.2 KB