Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Cəlilabadda Tovuz döyüşlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib.

15.07.2021


İyulun 15-də Cəlilabad Rayon Heydər Əliyev Mərkəzi və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Tovuz döyüşlərinin ildönümünə həsr olunmuş "Haqq savaşının başlandığı gün" adlı tədbir keçirilib. Tədbirdə rayonun fəal gəncləri və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, iyulun 13-dən 14-ə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli döyüşlər başlayıb. Görülmüş effektiv cavab tədbirləri nəticəsində böyük itkilər vermiş düşmən geri çəkilməyə məcbur olub. Döyüşlər zamanı müdafiənin ön xəttində olan general-mayor Polad Həşimov və ordumuzun daha 11 nəfər hərbi qulluqçusu qəhrəmancasına şəhid olub. Bildirilib ki, bu döyüşlər aylar sonra qazanılacaq böyük tarixi qələbənin başlanğıcı oldu.
Tədbirin sonunda gənclərlə mövzu ətrafında müzakirələr aparılıb.
 

 

50.6 KB

 

36.3 KB

 

28.1 KB