Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yardımlı Rayon Heydər Əliyev Mərkəzində “Zəfərimiz“ adlı tədbir keçirilib.

16.07.2021


İyulun 16-da Yardımlı Rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Zəfərimiz” adlı tədbir keçirilib. Tədbirdə Mərkəzin rəhbərliyi və əməkdaşlar, GİKM-in direktor vəzifəsini icra edən Səfail İbişli, gənc könüllülər və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin əməkdaşı leytenant Samir Osmanov iştirak ediblər.
İlk öncə, torpaqlarımız uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçılarını salamlayaraq çıxışa başlayan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev ötən ilin 27 sentyabrında başlanan və tarixi zəfərlə yekunlaşan Vətən müharibəsi haqda geniş bəhs edib.
Daha sonra leytenant S. Osmanov döyüşlər zamanı Azərbaycan ordusunun göstərdiyi şücaət, xalqımızın vətənpərvərlik nümayiş etdirən qəhrəman oğullarının könüllü orduya yazılması, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyi və bu mövzuda maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti barədə söhbət açıb. S. Osmanov sonra mövzu ilə bağlı tədbir iştirakçılarının suallarını cavablandırıb.
Çıxışlardan sonra Mərkəzin 3D kinozalında “Dəmir Yumruq” sənədli filmi nümayiş etdirilib. Sonda tədbir iştirakçıları Mərkəzin əməkdaşı Elşən Abışovun müşayiəti ilə ekspozisiya zalında nümayiş etdirilən eksponatlarla tanış olublar.
 

 

47.1 KB

 

43.8 KB

 

44.1 KB