Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xocalıya ədalət”

26.02.2018

26.02.2018-ci il tarixdə Cəlilabad rayon İcra Hakimiyyətinin və Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin Cəlilabad rayonu üzrə Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Cəlilabad Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 26-ci il donümunə həsr olunmuş ümumrayon anım tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı cənəb Namiq Zeynalov, hüquq-muhafizə orqanlarının rəhbərləri və içtimaiət nümayəndələri iştirak edirdilər. İlk öncə tədbir iştirakçıları mərkəzin foyesində soyqırımına həsr olunmuş rəsm və kitab sərgisi ilə tanış oldular. Sərgiyə baxışdan sonra İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov çıxış edərək tədbir iştirakçılarına Xocalı Faciəsi və "Xocalıya ədalət" kompaniyası haqqında ətraflı məlumat verdi. Sonda Cəlilabad Xalq Teatrının şair İman Abdullanın "Əsirlər" poemasının motivləri əsasında səhnələşdirilmiş "Məni bağışlayın..." adlı fəciə nümayiş etdirildi. Anşlaqla nümayiş olunan tamaşanin səhnələşdirəni və quruluşçu rejissoru Buludxan Buludov, truppa rəhbəri Ramin İbrahimov, səs rejissoru Anar Salmanzadə, kompüter tərtibatçısı Elmeddin İbadovdur.