Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Rayon Heydər Əliyev Mərkəzində gənc tamaşaçılar üçün film nümayiş olunub.

20.08.2021


Avqustun 20-də Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında "Nizami Gəncəvi ili" elan edilməsi haqqında Sərəncamına əsasən Masallı Rayon Heydər Əliyev Mərkəzinin 3D kinozalında karantin rejiminin tələblərinə riayət olunmaqla rayon gəncləri üçün “Nizami“ filminin nümayişi təşkil edilib. Film Nizami Gəncəvinin həyat və yaradıcılığının ayrı-ayrı mərhələlərini ekranda canlandırır. Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığı xalqımızın mənəvi həyatının əvəzolunmaz bədii nailiyyəti, qədim Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin ən parlaq səhifələridir.
Film gənclərə bədii söz ustasının həyat və yaradıcılığı ilə yaxından tanış olmağa, Nizami irsinin Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatına təsirini öyrənməyə kömək edir.