Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət işçiləri ekskursiyalarda iştirak ediblər.

22.08.2021


Avqustun 22-də Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Lənkəran şəhəri və Lerik rayonunda yerləşən mədəniyyət və turizm müəssisələrində ekskursiyalarda iştirak ediblər.
Əməkdaşlar əvvəlcə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş general-mayor Həzi Aslanovun Lənkəran şəhəri ərazisindəki Ev muzeyini ziyarət ediblər, sonra isə Lerik rayonunda “Cənub Turizm İstirahət Mərkəzi”ndə olublar.