Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən müharibəsi şəhidi İbrahim Lələyevin doğum günü anım tədbiri ilə qeyd olunub.

25.08.2021


Avqustun 25-də Vətən müharibəsi şəhidi İbrahim Həzrətqulu oğlu Lələyevin doğum günü ilə əlaqədar rayonun Hişkədərə kəndində, şəhidin məzarı önündə anım mərasimi təşkil edilib. Mərasimdə yerli rəsmilər, şəhid ailə üzvləri, din xadimləri, rayon sakinləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım mərasimi şəhidlərin xatirəsinin bir dəqiqəlik ehtiramla yad edilməsi ilə başlayıb. Mərasimdə çıxış edənlər şəhidin həyatı və döyüş yolu, həmçinin şəhidlik məqamı, vətən təəssübkeşliyi, qazanılan tarixi Zəfərlə bağlı fikirlərini bölüşüblər.
Anım mərasimində Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı kollec tələbələri ilə birlikdə şəhidlik zirvəsi və yurd sevgisindən bəhs edən "Ölümümə inanma, ana!" adlı ədəbi-bədii kompozisiya ilə çıxış edib.
Vətən müharibəsində şücaət göstərərək qəhrəmancasına şəhid olmuş İbrahim Lələyev Prezidentin müvafiq Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Videomaterial