Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “Xeyirxahlıq və ümid simvoluna çevrilən Mehriban xanım Əliyeva“ adlı tədbir keçirilib.

26.08.2021


Avqustun 26-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın doğum gününə həsr olunmuş “Xeyirxahlıq və ümid simvoluna çevrilən Mehriban xanım Əliyeva“ adlı tədbir keçirilib. Tədbirdə Mərkəzin rəhbərliyi və əməkdaşları, Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev, GİKM-in direktoru vəzifəsini icra edən Səfail İbişli və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayaraq çıxışa başlayan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi ölkə mədəniyyətinin beynəlxalq müstəvidə təbliği sahəsində gördüyü işlərdən bəhs edib.
Sonra geniş məruzə ilə çıxış edən A. Əliyev xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətləri çərçivəsində atdığı uğurlu addımlar, o cümlədən ölkədə mədəniyyət, elm və təhsil sahələrinin inkişafına verdiyi töhfələrdən söhbət açıb.
Tədbirdə Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə və GİKM-in direktoru vəzifəsini icra edən S. İbişli Mehriban Əliyevanın gənclərlə bağlı görülmüş işlər və icra olunmuş layihələrdən, eləcə də digər sahələrdəki xidmətlərindən danışıblar.
Tədbir iştirakçıları yekunda Mərkəzin əməkdaşlarının müşayiəti ilə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.