Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tanınmış rəssam Tofiq Fərəcov vəfat edib.

02.09.2021

Masallı rayonunun mədəniyyət ictimaiyyətinə itki üz verib. Bölgədə tanınan istedadlı fırça ustası Tofiq İzzət oğlu Fərəcov sentyabrın 2-də 69 yaşında dünyasını dəyişib.

T. Fərəcov 1952-ci ildə rayonun Yeyənkənd kəndində ziyalı ailəsində dünyaya göz açıb. Gənclik illərində respublikanın qabaqcıl təhsil müəssisələrində rəssamlıq sənətinin sirlərinə yiyələnib. Əmək fəaliyyətinə ötən yüzilliyin 70-ci illərində mədəniyyət sferasında başlayan rəssam, bir sıra mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb.

T. Fərəcovun yaradıcılığında boyakarlıq və qrafika texnikası, peyzaj, portret, natürmort və digər sənət üslubları üstünlük təşkil edib. Rəssamın əsərləri dəfələrlə müxtəlif sərgilərdə nümayiş etdirilib.

Masallı Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və regionun mədəniyyət işçiləri rəssamın vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvləri və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!