Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Rayon Heydər Əliyev Mərkəzində turistlər üçün ekskursiya təşkil edilib.

06.09.2021

Sentyabrın 6-da Masallı Rayon Heydər Əliyev Mərkəzində "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramından irəli gələn vəzifələrə uyğun olaraq rayonumuzda olmuş bir qrup gənc turist üçün ekskursiya təşkil edilib.

Mərkəzin bələdçisi Şəfa Xəlilova gənc turistləri Ümummilli lider Heydər Əliyevin zəngin dövlət idarəçiliyi təcrübəsini əks etdirən materiallarla tanış edib. Beləliklə, Ş. Xəlilova Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı əvəzsiz və yorulmaz siyasi fəaliyyətindən, Ümummilli liderin yolunu uğurla davam etdirən ölkə prezidenti cənab İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan, yürütdüyü uğurlu daxili və xarici siyasətdən ətraflı bəhs edib.