Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlı rayon Heydər Əliyev Mərkəzində narkomaniya ilə mübarizəyə dair tədbir keçirilib.

23.09.2021

Sentyabrın 23-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Yardımlı nümayəndəliyi, rayon Gənclər və İdman İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Cənub bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Narkomaniya bəşəri bəladır" mövzusunda tədbir təşkil olunub. Tədbirdə adıçəkilən yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, mədəniyyət işçiləri və gənc könüllülər iştirak edib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nin bölgə şöbəsinin əməkdaşı Elvin Hüseynli zərərli vərdişlərin gəncliyimiz üçün yaratdığı real təhlükələrdən, gələcəkdə doğura biləcəyi ictimai fəsadlardan, habelə fərd olaraq vətəndaşlıq məsuliyyəti ilə sözügedən təhlükələrə qarşı duyarlı davranaraq narkomaniya ilə davamlı mübarizəyə dəstəyin verilməsinin vacibliyindən bəhs edib.

Daha sonra tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin tədbirdəki nümayəndəsi Şəhriyar Şəbiyev, Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə və GİKM-in direktoru vəzifəsini icra edən Səfail İbişli əsrlərdir bütün dünyanın əsas bəlalarından birinə çevrilmiş narkomaniyanın zərərləri, “ağ ölüm”dən xilas olmağın yolları və onunla ictimai mübarizədə təbliğatın aparılmasının önəmindən söz açıblar.

Tədbir iştirakçıları sonda Mərkəzin ekspozisiya zalında ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.