Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

21 Sentyabr – Beynəlxalq Sülh Günüdür!

21.09.2021

Sentyabrın 21-də Masallı rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə mədəniyyət işçiləri iştirak edib.

Tədbirdə ilk çıxış edən Kitabxananın direktoru Əlhəddin Nəzərov BMT-nin bu əlamətdar günü 1981-ci ildə təsis etdiyini və ilk sülh gününün həmin ilin sentyabrında qeyd olunduğunu bildirib. Əlavə olunub ki, o vaxtdan Beynəlxalq Sülh Günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə BMT 2002-ci ildə sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.

Sonra Kitabxana əməkdaşı Ağahüseyn Hüseyni məruzə ilə çıxış edib. O, bu gün qüdrətli və güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqın sülh arzusunu ifadə edərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər gördüyünü diqqətə çatdırıb. Qeyd olunub ki, sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər çür zorakılığın dayandırılması arzusu bütün tarix boyu bəşəriyyəti düşündürüb. Bununla əlaqədar olaraq, hər il 21 avqust - 21 sentyabr tarixlərini əhatə edən “Sülh aylığı” çərçivəsində bir sıra tədbirlər keçirilir. “Sülh aylığı”nın keçirilməsində əsas məqsəd əhalinin müxtəlif təbəqələrinin diqqətini sülhün və insan hüquqlarına hörmətin vacibliyinə cəlb etmək, insanların hüquq düşüncəsinin inkişaf etdirilməsinə nail olmaqdır.