Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Elan

10.10.2021

Hörmətli izləyicilər!

Masallı Tarix-Diyarşünaslıq Muzeyi Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar məktəblilər arasında hərbi-vətənpərvərlik mövzusunda inşa yazı müsabiqəsi elan edir. “Qəhrəmanlarımızı tanıyaq” devizi altında baş tutacaq müsabiqədə rayonun ümumtəhsil məktəblərinin VII - IX sinif şagirdlərinin iştirakı nəzərdə tutulur.

Müsabiqə aşağıdakı mövzuları əhatə edəcək:

1. Birinci Qarabağ və Vətən müharibələrində şəhid olmuş əsgər və zabitlərin, həmçinin hazırda sağ olan keçmiş hərbçilərin həyatının döyüşlərədək olan hissəsinin əsas cəhətlərinin təsviri;

2. Birinci Qarabağ və Vətən müharibələrində şəhid olmuş əsgər və zabitlərin, həmçinin hazırda sağ olan keçmiş hərbçilərin həyatının döyüşlərlə əlaqədar olan hissəsinin əsas cəhətlərinin təsviri.

Müsabiqə 12 - 26 oktyabr tarixlərində keçiriləcək. Göstərilən müddət ərzində inşa yazıları Muzeydə qəbul ediləcək və münsiflər tərəfindən qiymətləndiriləcək.

Müsabiqədə I, II və III yerlərə layiq görüləcək məktəblilərə mükafatlar təqdim ediləcək.