Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qadınları sevək və sevindirək

05.03.2018

05 mart 2018-ci il tarixdə Cəlilabad rayon Mərkəzi kitabxanada "8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə “Qadınları sevək və sevindirək “ adlı ədəbi- bədii gecə keçirildi. 
    Tədbirdə il ərzində MKS-nin tədbirlərində fəallıqları ilə seçilən müəllim və şagirdlər MKS tərəfindən  Fəxri fərman və hədiyyələrlə  təltif olundular.
    Tədbirdə  Azərbaycan Dövlət Pedaqoji Universiteti Cəlilabad rayon filialının tələbələri, Cəlilabad rayon Tibb Kollecinin  müəllim və tələbələri, şəhər 1 və 2 nömrəli məktəblərin müəllim - şagird heyəti iştirak edirdilər. Tədbirdə rəngarəng musiqi nömrələri, yumoristik səhnəciklər, şeirlər ifa olundu.