Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlı rayonunun Avaş kəndində şəhid ailəsi ziyarət olunub

13.10.2021

Oktyabrın 14-də Yardımlı rayonunun mədəniyyət işçiləri və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) Yardımlı rayon komitəsi nümayəndələrinin iştirakı ilə Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək əbədi həyata qovuşan, rayonun Avaş kəndindən olan şəhid Mahmud Əflatun oğlu Mikayıllının ailəsi ziyarət olunub.

Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev görüşlər zamanı ailə üzvlərinin kədərini bölüşüb, valideynlərə səbir diləyib. Görüşdə şəhid ailələrinə göstərilən dövlət qayğısından söhbət açılıb, bu istiqamətdə zəruri sosial tədbirlərin bundan sonra da görülməsinin vacibliyi vurğulanıb.

Sonra müvafiq sahə üzrə yerli həmkarlar komitəsinin tədarük etdiyi yardım bağlaması şəhidin ailəsinə təqdim edilib.