Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Görkəmli şair Süleyman Rüstəmin yubileyinə həsr olunmuş tədbir

14.10.2021

Oktyabrın 14-də Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycanın xalq şairi, dramaturq Süleyman Rüstəmin 115 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ilk çıxş edən Kitabxananın direktoru Əlhəddin Nəzərov Süleyman Rüstəmin 1906-cı il martın 12-də Bakıda anadan olduğunu və zəhmətkeş ailədə böyüdüyünü bildirib. Onun erkən çağlardan yaradıcılığa başladığı və şeirlərinin mətbuatda dərc olunduğu nəzərə çatdırılıb. Qeyd olunub ki, Süleyman Rüstəm XX əsr ədəbiyyatımızın görkəmli simalarından biri olub, yaradıcılığında tərənnüm, vəsf və ithafa geniş yer verib.

Sonra kitabxana əməkdaşı Arzu Hüseynova məruzə ilə çıxış edərək görkəmli şairin ədəbi fəaliyyətə “Çimnaz xanım yuxudadır” birpərdəli komediyası ilə başladığını və “Ana ürəyi”, ”Durnalar”, “Ana və poçtalyon”, “Gün o gün olsun ki” və s. kimi bir-birindən dəyərli əsərlər yazıb-yaratdığını bildirib. O, görkəmli şairin əsərləri haqqında ətraflı məlumat verərək ədibin qələmə aldığı əsərlərin bu gün də geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılandığını qeyd edib. Ədibin yaradıcılığında cənub mövzusunda yazdığı təsirli şeirlərin xüsusi yer tutduğu vurğulanıb.

Tədbirdə həmçinin, kitabxana əməkdaşlarından Arif İbrahimov və Lətafət Əlirzayevanın çıxışları dinlənilib.