Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

15.10.2021

Oktyabrın 15-də Cəlilabad rayon Mərkəzi Kitabxanasında 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş "Əbədi müstəqil Azərbaycan" adlı onlayn musiqili proqram təqdim edilib.

Kitabxananın əməkdaşı Zaur Hüseynov virtual izləyiciləri salamlayaraq bildirib ki, Azərbaycan dövlət müstəqilliyini ötən əsrin əvvəlində əldə edib. 1918-ci ildə xalqımız Şərqdə ilk demokratik respublikanı yaradıb. Həmçinin qeyd olunub ki, bu gün əldə etdiyimiz tarixi nailiyyətlər müstəqilliyin daha da möhkəmləndirilməsinə, iqtisadi və sosial inkişafın möhkəm bazasına çevrilməkdədir.

Tədbirin musiqili-bədii hissəsində Cəlilabad şəhər 2 saylı tam orta məktəbinin istedadlı şagirdləri Rüqəyya Qasımova, Aydan Camalova, Rüqəyya Süleymanova, Mirəyyub Əyyub, Bənövşə Hüseynli, Təzəgül Seyfullayeva, Pərvin Əsədli və Aysel Mahmudova ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib, vətənpərvərlik mövzusunda bədii kompozisiyalar və şən musiqilər ifa ediblər. Cəlilabad şəhər Uşaq İncəsənət Məktəbinin şagirdlərindən Sadiq Qasımovun muğam ifası da maraqla qarşılanıb.

Onlayn mədəniyyət tədbiri sosial şəbəkələr vasitəsilə izləyicilərə canlı təqdim edilib.