Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Masallı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Unudulmazlar” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

15.10.2021

Oktyabrın 15-də Yardımlı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Vərgədüz kənd tam orta məktəbində “Unudulmazlar” layihəsinin növbəti tədbiri keçirilib. Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalova həsr olunmuş tədbirdə Mərkəzin kollektivi, GİKM-in Yardımlı nümayəndəliyinin direktoru vəzifəsini icra edən Səfail İbişli, adıçəkilən məktəbin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə, vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev Vətən müharibəsində əldə edilən qələbəni Azərbaycanın müasir tarixinə yazılan şanlı səhifə kimi xarakterizə edib. O, ordumuzun qazandığı tarixi Zəfərin uzun zaman ərzində görülmüş məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olduğunu vurğulayıb.

Sonra çıxış edən GİKM-in Yardımlı nümayəndəliyinin rəhbəri Səfail İbişli və sözügedən təhsil müəssisəsinin direktoru Salamat Rufullayev gəncləri vətənpərvər olmağa çağırıb, qələbənin memarları olan şəhidlərimizi unutmamağı tövsiyə ediblər.

Daha sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun həyatı və keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Yekunda şəhidə həsr olunmuş videoçarx nümayiş etdirilib.